1 Yanvar 11:13
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəhbərliyinin Qəzzada savaşın əvvəlində İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə göndərdiyi “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisini yaxın günlərdə geri çəkəcəyi iddia edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “ABC News” telekanalının məlumatında deyilir.

Kanala danışan Amerika rəsmiləri oktyabrın ortalarından bölgədə fəaliyyət göstərən gəminin missiya təlimatlarının tezliklə dəyişəcəyini bildiriblər.

Rəsmilər qeyd ediblər ki, ölkənin inventarındakı ən böyük və ən yeni təyyarə gəmisi olan “USS Gerald R. Ford” və onu müşayiət edən kreyserlər, hücum gəmiləri yaxın günlərdə Şərqi Aralıq dənizini tərk edərək Norfolk (Virciniya) limanına qayıdacaq.

Eyni rəsmilər regionda hələ də İsraili dəstəkləmək üçün çoxlu gəmi və kreyser olduğunu, Təl-Əvivə dəstəyin davam etdiyini vurğulayıblar.

Hələlik ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Oktyabrın 7-də HƏMAS-ın hücumlarından dərhal sonra ABŞ müdafiə naziri Lloyd Ostin İsrailə kömək etməyə hazır olmaq üçün donanmanın Aralıq dənizinə göndərilməsi barədə göstəriş vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər