Yürütdüyümüz müstəqil və milli xarici siyasətimizin dərinliyini və ölçülərini daha da artıracağıq.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Yeni il mesajında deyib.
“Beynəlxalq sistemin qeyri-müəyyənliklərlə dolu olduğu, qlobal səviyyədə qeyri-sabitliyin hökm sürdüyü bu dövrdə möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirdiyimiz Türkiyə mərkəzli müstəqil xarici siyasət ölkəmizi beynəlxalq gündəmi müəyyən edən və kritik coğrafiyalarda təsir yaradan mühüm aktora çevirib”, - nazir bildirib.
Fidan 2024-cü ildə də mənəvi dəyərlərə əsaslanan rasional və effektli xarici siyasətin davam etdiriləcəyini vurğulayıb:
“Millətimizdən aldığımız güclə qlobal ədalətsizliklərə, yanlışlıqlara qarşı səsimizi ucaltmaqdan vaz keçməyəcəyik. Heç vaxt həqiqəti müdafiə etməkdən çəkinməyəcəyik. “Türkiyə Əsri” baxışımız çərçivəsində yürütdüyümüz müstəqil və milli xarici siyasətimizin dərinliyini və ölçülərini daha da artıracağıq”.