1 Yanvar 15:51
1 263
12 Punto 14 Punto 16 Punto 18 Punto

BRİKS getdikcə daha çox tərəfdar və həmfikirləri özünə cəlb edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkəsinin bu təşkilatda sədrliyinin başlaması ilə əlaqədar müraciətində deyib.

“Biz bir çox başqa ölkələrin, eləcə də buna yaxın olan üç ölkənin bu və ya digər formada BRİKS-in çoxşaxəli gündəliyinə qoşulmağa hazır olduğunu nəzərə alacağıq”, - ölkə başçısı bildirib.

Putin vurğulayıb ki, yanvarın 1-də Rusiya BRİKS-ə sədrlik estafetini öz üzərinə götürüb, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya quruma yeni tamhüquqlu üzv kimi qoşulub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər