Norveçdə Ukraynaya birbaşa silah satışını qadağan edən məhdudiyyət aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Espen Bart Eyde deyib.
"Biz qeyri-qanuni təcavüzkar müharibənin mümkün davamını planlaşdırmalıyıq. Buna görə də hökumət Norveç müdafiə sənayesindən Ukraynaya silah və müdafiə ilə bağlı məhsulların birbaşa satışına icazə vermək qərarına gəlib", - o izah edib.
Bildirilir ki, indi Norveçdəki şirkətlər Ukraynaya birbaşa silah satmaq üçün ixrac lisenziyası almaq üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət edəcəklər.