2 Yanvar 08:42
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniyada eynicinsli cütlüklərin nikah üçün müraciət etmək hüququ var.

Teleqraf.com xəbər verir ki, ERR milli dövlət televiziya və radio xəbər portalının məlumatına görə, parlamentin bununla bağlı qərarı qüvvəyə minib.

“Ailə qanunvericiliyinə nikahın iki şəxs arasında olmasını müəyyən edən və nikahın kişi ilə qadın arasında olması qaydasını ləğv edən dəyişikliklər qüvvəyə minib”, - deyə məlumatda bildirilir.

Dekabrın sonunda Qeydiyyat Şöbəsində "kişi" və "qadın" əvəzinə, "birinci həyat yoldaşı" və "ikinci həyat yoldaşı" yazılan yeni nikah müqavilələri işlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər