Hazırda Rusiyanın növbəti raket hücumunun nəticələrinin aradan qaldırılması davam edir, 4 ölü və 92 yaralı var.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
"Bütün lazımi xidmətlər əraziyə cəlb olunub. 500-dən çox xilasedici yardım edir. Təəssüf ki, dörd nəfər həlak olub. Ailələrinə və yaxınlarına başsağlığı verirəm. Artıq üçüncü gündür ki, hava hücumundan müdafiə üçün əsgərlərimiz inanılmaz işlər görürlər. Dekabrın 31-dən rus işğalçıları artıq 170-ə yaxın "Şahed" və onlarla müxtəlif tipli raketlərdən istifadə ediblər. Əlimizdən gələni edəcəyik ki, bu il hava hücumlarından müdafiə gücümüzü daha da artıraq. Rusiya etdiklərinə görə cavab verəcək", - Zelenski vurğulayıb.