2 Yanvar 21:25
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı rəsmi olaraq BRİKS-ə qoşuldu və təşkilatın tamhüquqlu üzvü oldu.

Teleqraf.com xəbər verir ki, bu barədə krallığın "Al Ekhbariya" dövlət telekanalı bildirib.

"Krallığın Rusiya, Çin və digər ölkələrin daxil olduğu BRİKS qrupuna tamhüquqlu üzvlüyü rəsmən başlayıb ki, bu da onun dünyada mövqeyini gücləndirir", - deyə qeyd olunub.

Bildirilib ki, avqust ayında təşkilat planetin ən böyük enerji istehsalçılarını inkişaf etməkdə olan ölkələrin ən böyük istehlakçıları ilə birləşdirərək altı ölkəni qoşulmağa dəvət etdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər