Sankt-Peterburq polisi dekabrın 31-i axşam və yanvarın 1-nə keçən gecə miqrantların kütləvi saxlanmasını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə
Mənbənin bildirdiyinə görə, saxlanılmalar “Əzəmət” əməliyyatı çərçivəsində həyata keçirilib. Miqrantlar həm Sankt-Peterburq küçələrində, həm də yaşadıqları mənzillərdə və yataqxanalarda saxlanılıb. Əməliyyat zamanı polis reyd keçirdikləri əraziləri mühasirəyə alıb. Nəşr iddia edib ki, polis Şaxta baba və Qar qız geyimində kordondan keçməyə çalışan təxminən 30 nəfərdən ibarət bir qrupu yaxalayıb.
Şəhərin
“Novaya qazeta Yevropa” nəql edib ki, yanvarın 1-də səhər saatlarında saxlanılanların çoxuna hərbi komissarlıqların nümayəndələri baş çəkib və onları orduya “könüllü” kimi yazılmağa dəvət ediblər. İnsanları ailələrinin Rusiyadan qovulacağı ilə təhdid ediblər. Nəşr yazıb ki, onlara Rusiya vətəndaşlığını qısa müddətdə almaq təklif edilib. Nəşrin məlumatına görə, azı 1 500 insan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razılaşıb.
Xatırladaq ki, son aylar Moskva Mərkəzi Asiya ölkələrindən olan mühacirlərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq müqabilində tez vətəndaşlıq almağı təklif etməkdə fəallaşıb. Bundan başqa, reydlər zamanı polis Rusiya vətəndaşlığı almış miqrantları saxlayıb hərbi komissarlığa aparır.
Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova 2023-cü ilin noyabrında bildirib ki, Rusiyada 6,4 milyon xarici vətəndaş var, onların əksəriyyəti işləmək üçün ölkəyə gəlib. Rusiyaya əmək miqrantlarının axınına görə Qırğızıstan, Özbəkistan və Tacikistan liderdir.