Ukrayna Prezidenti Vladimir Zelenski sonunu gətirəcək üç əsas səhvə yol verdi.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.
"Birinci səhvi qeyri-peşəkarların hakimiyyətə cəlb edilməsidir. Ukrayna Prezidenti Vladimir Zelenski siyasətə şou-biznes qanunları ilə daxil olub. Siyasətini məhz bu qanunlarla davam etdirib. Zelenskinin guya xalqdan olan insanlara güvənməsi şou kimi möhtəşəm görünsə də, dövlətin maraqlarına ziyan vurub. Bütün tarix onu deməyə əsas verir ki, idarəetmə sinfinin təsadüfi insanlara dəyişdirilməsi özlüyündə heç nəyi həll etmir. İkinci səhvi isə nasist ideologiyasına keçiddir. Üçüncü səhvi Qərbin yardımını həddən artıq qiymətləndirməsi olub. Ukrayna prezidenti peşəkar olmasa da, Qərbin dəstəyinin Rusiya ilə qarşıdurmanın bütün risklərini əhatə edəcəyinə səmimi inanırdı. Zelenskinin özü başqasının pulu ilə oynayaraq heç vaxt uduzmayacağını düşünərək yanıldı. Acı da olsa, həqiqət belədir. Zelenski Ukraynanı itirdi", - deyə Medvedçuk vurğulayıb.