3 Yanvar 18:22
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə vilayətin fövqəladə hallar idarəsinin rəisi bildirib.

Onun sözlərinə görə, yaralı sayı 141 nəfər təşkil edir.

İRNA-nın məlumatına görə, birinci partlayış Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb.

Kirman qubernatorunun təhlükəsizlik üzrə müavini partlayışların terror aktı olduğunu təsdiqləyib.

Yaralananlardan bəzilərinin vəziyyəti ağır kimi qiymətləndirilir və ölü sayının artacağı ehtimalı var.

17:10

İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində indiyədək azı 73 nəfərin öldüyü, 170 nəfərin yaralandığı bildirilib.

İranın Kirman vilayəti valiliyi baş verən partlayışları terror aktı adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər