Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
Bildirilib ki, Lebedevin namizədliyi Birliyə üzv dövlətlərin qurumun Nizamnamə və digər orqanları yanında Daimi Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.