4 Yanvar 08:15
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Fələstinin HƏMAS hərəkatının Beyrutdakı qərargahına pilotsuz uçuş aparatları ilə deyil, döyüş təyyarələri ilə hücum edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS təhlükəsizlik xidmətindəki mənbəyə istinadən xəbər verir.

Qeyd edilir ki, bu, Livan hakimiyyətinin apardığı ilkin araşdırma nəticəsində müəyyən edilib.

Hücum paytaxtın cənub kənarındakı Müşərrəfiyyə yaşayış məntəqəsində baş verib. Altı raket atılıb, onlardan ikisi partlamayıb. Mənbə bildirib ki, ekspertlər raketlərin dəqiqliyi və çəkisi əsasında zərbələrin pilotsuz təyyarələr deyil, hərbi təyyarələr tərəfindən həyata keçirildiyi qənaətinə gəliblər.

HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Aruri gələn kimi qırıcı təyyarələrdən biri binanın damını deşən raketlər atıb. Nəticədə “İzzəddin əl-Qəssam” briqadalarının və radikal “Əl-Cəmaə əl-İslamiyyə” təşkilatının komandirləri də daxil olmaqla 6 nəfər həlak olub, daha 11 nəfər yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər