İranın ali dini lideri Əli Xamenei İranın Kirman şəhərində törədilən terror aktı fonunda komandirləri ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşr qeyd edir ki, Xamenei komandirləri “strateji səbir” göstərməyə və nəyin bahasına olursa olsun İranı ABŞ-la birbaşa hərbi qarşıdurmaya cəlb etməməyə çağırıb.
O, qoşunlara İsrailə qarşı gizli əməliyyatlar və ya ABŞ-ın Suriya və İraqdakı bazalarına proksi qrupları ilə qisas almağı məhdudlaşdırmağı əmr edib.
Mənbələrin məlumatına görə, ölkənin ali lideri İran və Livandakı hücumları İsrail kampaniyasının bir hissəsi hesab edir.