4 Yanvar 15:13
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin bəzi ukraynalılara Rusiya vətəndaşlığı hüququ verən qanunu təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin müvafiq fərmanının mətnində deyilir.

Sənəddə bildirilir ki, 2014-cü il martın 18-dək anadan olmuş və Krımda və ya Sevastopolda daimi yaşayan Ukrayna vətəndaşları Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququna malik olacaqlar.

Eyni hüquqlar Krımın vətəndaşlığı olmayan vətəndaşlarına, Rusiyada qalmaq hüququ olan və ya Rusiya Federasiyasında könüllü köçürmə proqramında iştirak edən Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə, habelə Rusiya Federasiyasının ərazisindən deportasiya edilmiş şəxslərə verilə bilər.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər