Rusiyanın Kropivnitskiyə hücumu nəticəsində bir nəfər ölüb, yaralananlar da az deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Kirovoqrad Vilayət Polis İdarəsinin rəisi Andrey Raykoviç məlumat verib.
"Düşmən dinc əhaliyə qarşı terror törətməkdə davam edir. Bu gün Kropivnitskiyə raket hücumu nəticəsində energetiklərə məxsus bir neçə müəssisənin binalarına ziyan dəyib, bir nəfər həlak olub. Təfərrüatlar daha sonra", - o bildirib.
Bölgədə hava hücumu xəbərdarlığının saat 09:37-dən 10:10-dək davam etdiyi məlum olub. Hərbi Hava Qüvvələrinin məlumatına görə, raket Kropivnitskiyə doğru uçub.