5 Yanvar 00:51
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində məscid qarşısında atışma nəticəsində öldürülən İmam Həsən Şərifin qatilinin tapılması üçün 25 min dollar mükafat təyin edilib.

Teleqraf.com xəbər verir ki, Nyu-Cersi ştatının baş prokuroru Metyu Platkinin sözlərinə görə, indiyə qədər toplanmış sübutlar hücumun qərəzli və ya terror aktı ilə törədildiyini göstərmir.

"Mən bilirəm ki, hazırda Nyu-Cersidəki qətl xəbərindən sonra qorxu və təşviş içində olan bir çox insanlar var. Biz ədalətin təmin olunmasını təmin etmək üçün bir çox şəxslərlə və polislə birgə işləyirik", - deyə prokuror əlavə edib.

Mətbuat konfransında çıxış edən Şerif Armando Fontoura, hadisə ilə bağlı məlumat paylaşan hər kəsə 25 min dollar mükafat veriləcəyini açıqlayıb.


Müəllif: Pərviz

Oxşar xəbərlər