Almaniya Ukrayna Silahlı Qüvvələrinə daha bir hərbi yardım paketi göndərib.
Teleqraf.com xəbər verir ki, paketə "Leopard" tankları və 10 ədəd "Marder" zirehli texnikası daxildir.
Bundan əlavə, hərbi yardım paketinə "Skynex" hava hücumundan müdafiə sistemi, TRML-4D hava nəzarət radarı və IRIS-T SLM hava hücumundan müdafiə sistemləri daxildir.