ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, ABŞ dövlət katibi Yaxın Şərq turu çərçivəsində Qəzzada baş verənləri müzakirə etmək üçün bu axşam İstanbula gələcək.
Blinken sabah Türkiyə Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək.
Onun Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşü gözlənilir.