Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Livana səfəri zamanı Hizbullah partiyasının nümayəndə heyəti ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Hərəkatın nümayəndə heyətinə Livan Deputatlar Palatasının üzvü Məhəmməd Raad başçılıq edib.
Hizbullah nümayəndələri Borrelə məlumat veriblər ki, partiya İsrailin Qəzza zolağına təcavüzü dayandırılana qədər respublikanın cənubundakı vəziyyəti müzakirə etməyəcək.
Borrelin səfərinə həmçinin Livan ordusunun komandanı general Cozef Aun və Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) komandanı, ispan generalı Aroldo Lazaro Saenzlə görüşlər də daxildir.