7 Yanvar 10:07
3 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Co Bayden Üçüncü Dünya Müharibəsini başlatmağa və prezidentliyinin qalan müddətində Amerikanı məhv etməyə qadirdir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

"Co Bayden heç kimə yaxşı münasibət göstərmir. Bu, Üçüncü Dünya Müharibəsi ilə nəticələnə bilər. Seçkilərə kifayət qədər vaxt var. On ay ərzində Amerikanı tamamilə məhv edə bilərlər. Mən prezident seçilsəm Ukrayna və Yaxın Şərqdə konfliktlərə imkan verməyəcəm. Çünki Baydendən fərqli olaraq, dünya ilə necə anlaşacağımı bilirəm. Putinlə anlaşmağım onların xoşuna gəlmədi. Amma mən 1,6 min nüvə silahı olan insanlarla münasibət qurmağı xoşlayıram. Amerikanı xilas etməyə qadir olan yeganə namizəd mənəm. Yenidən Amerika Prezidenti olsam, üçüncü dünya müharibəsi olmayacaq", - deyə Tramp vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər