7 Yanvar 09:58
1 589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ordunu gücləndirib. Rusiya bu il Ukraynanı məğlub edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Hərbi Hava Qüvvələrinin keçmiş generalı Jan-Pol Palomero deyib.

"Hərbi baxımdan Rusiya indi çox güclənib. Rusiya və Ukrayna orduları arasında uçurum getdikcə dərinləşir. Vladimir Putin hərbi büdcəni son dərəcə yüksək məbləğə çatdırdı. Ölkəsini müharibə vəziyyətinə uyğunlaşdırdı. Səfərbərliyə gəldikdə, Rusiya ordusunun şəxsi heyətini xeyli artırdı. Bununla da hərbi sənayeni gücləndirmiş oldu. Ukrayna bu il məğlub olacaq. Qərb artıq Ukraynaya yardımı azaldıb. Dəstək kəsilərsə, Ukraynaya külə çevriləcək", - deyə Palomero bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər