7 Yanvar 10:33
16 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və ona bağlı qruplaşmalar Qəzzada müharibə zamanı Yaxın Şərqdə daha geniş münaqişəyə səbəb ola biləcək sabitliyi pozan hərəkətlərini dayandırmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna deyib.

Fransız nazir iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığında Tehranın bölgədə sabitliyi pozan fəaliyyətlərindən danışıb.

“Regional alovlanma riski heç vaxt bu qədər böyük olmamışdı. İran və ona bağlı qruplaşmalar sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalıdır. Heç kim bu eskalasiyadan qalib çıxmayacaq”, - Kolonna bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər