7 Yanvar 12:28
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Röya Həşməti adlı kürd əsilli iranlı qadın bir neçə ay əvvəl Tehranda hicabsız çəkdirdiyi fotosu sosial şəbəkələrdə yayıldıqdan sonra 74 dəfə şallaqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə kürd insan haqları təşkilatı “Hengaw” məlumat yayıb.

Həşmətinin vəkili Məziyar Tatayi bildirib ki, qadın hicabsız fotosunu sosial şəbəkədə dərc etdiyi üçün əvvəlcə həbs olunub, sonra telefonu və noutbuku müsadirə edilib.

Tatayi əlavə edib ki, məhkəmə proses boyu Röya Həşmətiyə qarşı irəli sürülən ittihamlar bir neçə dəfə dəyişib, “rejim əleyhinə təbliğat”, “hicabsız küçəyə çıxmaq”, “vulqar məzmun paylaşmaq”, “insanları sui-istifadəyə sövq etmək” və sair kimi “ittiham”larla üz-üzə qalıb.

Vəkil söyləyib ki, şallaqlanma İranda “Anlar Günü” kimi qeyd olunan Məhəmməd peyğəmbərin qızı və İmam Əlinin xanımı Fatimeyi Zəhranın doğum günündə baş tutub.

İranın məhkəməsinə bağlı “Mizan” xəbər agentliyi Həşmətinin 74 dəfə qamçılandığını təsdiqləyib, amma onun hicaba görə yox, Tehran küçələrində “əxlaqsızlığı təbliğ etdiyi üçün” mühakimə olunduğunu iddia edib.

Məlumata görə, başqa bir iş çərçivəsində Zeynəb Xonyabpur adlı qadın hicabsız fotolarını dərc etdiyinə görə iki il müddətinə azadlıqdan məhrum olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər