Rusiya ordusu Ukrayna ərazilərinə İran dronları (“Şahid”) ilə zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Rusiya gecə saatlarında ölkə ərazisinə 28 ədəd “Şahid” tipli PUA buraxıb, eləcə də 3 dəfə S-300 raket kompleksindən atəş açıb.
Ukrayna hərbi aviasiyası tərəfindən Rusiyaya məxsus 21 PUA məhv edilib. Hava hücumunu dəf etmək üçün zenit-raket bölmələri və mobil atəş qrupları cəlb olunub.
Hava hücumunda əsas hədəflər Zaporoje, Nikolayev, Odessa, Dnepropetrovsk, Kirovoqrad, Vinnitsa və Çerkassı vilayətləri olub.
PUA hücumu təxminən 6 saat davam edib.