7 Yanvar 17:40
4 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya qarşı müharibədən sonra parçalanmayacaq, amma feodallaşa bilər.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

Onun sözlərinə görə, Rusiyada gözlənilən daxili sabitliyin pozulması və xaosa qərq olmasının ən parlaq əlaməti Rusiya Qvardiyasının artilleriya və tanklarla silahlanmasıdır.

“Bir çox ekspertlər müharibədən sonrakı Rusiyadan danışarkən onun parçalanmasından bəhs edirlər. Mən deyə bilmərəm ki, müharibə Rusiyanın parçalanması ilə nəticələnəcək, amma Rusiya Federasiyasından Feodal Rusiyaya çevrilməsi tamamilə realdır”, - Kovalenko bildirib.

Ekspert həmçinin müharibədən sonrakı Rusiyanın necə olacağını proqnozlaşdırıb. Onun fikrincə, yerli çar-oliqarxlar tərəfindən idarə edilən, öz şəxsi orduları, qanunları və mərkəzə tam itaətsizliklə idarə olunan feodal mülklər olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər