7 Yanvar 16:43
1 400
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkilərində İstanbul üzrə namizədi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, namizədin kimliyinə Prezident Rəcəb Tayyib Ərdoğan aydınlıq gətirib.

Onun sözlərinə görə, AKP seçkilərə keçmiş ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri, millət vəkili Murat Kurumla gedəcək.

AKP-nin namizədinin seçkilərdəki əsas rəqibinin müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP), İstanbulun hazırkı bələdiyyə sədri Əkrəm İmamoğlu olacağı gözlənilir.

Hakim partiyanın Ankara namizədi yanvarın 15-də açıqlanacaq.

Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər