Bu il asan olmayacaq, 2025-ci ildə Belarusda keçiriləcək prezident seçkilərinə hazırlaşmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Nəsil dəyişikliyinin astanasında dayanmışıq, burada pis və ya yaxşı görülən hər şeyi gənc nəslə, uşaqlarımıza ötürməliyik. Bu il çox çətin olacaq, hazır olun, salamat qalmalıyıq”, - ölkə lideri bildirib.