7 Yanvar 18:35
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Ukraynanın pilotsuz uçuş aparatlarını aşkarlama sistemləri ilə təmin olunması üçün 37 milyon dollar ayıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynada səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

Onun sözlərinə görə, bu vəsait NATO fonduna yönəldiləcək.

Kamikava ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə həmçinin, Yaponiyanın Ukraynaya qış dövründə elektrifikasiya məqsədilə istifadə olunması üçün beş mobil qaz-turbin generatoru göndərəcəyini vəd edib.

Qeyd edək ki, bu gün Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya gözlənilməz səfər edib.

Yoko Kamikavanın həmçinin, bir neçə Avropa ölkəsinə, o cümlədən Polş və Finlandiyaya, eləcə də ABŞ və Türkiyəyə səfər edəcəyi gözlənilir. Yaponiyalı nazirin Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər