Almaniya Avropa Birliyinin (AB) Ukraynaya təyin etdiyi yardımın 50 faizini ödəyir.
Teleqraf.com xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
"Hazırda Almaniya AB-nin Ukraynaya verdiyi bütün yardımın yarısını ödəyir, məsuliyyəti öz üzərimizə götürürük. Çünki təhlükənin nə olduğunu bilirik. Avropadan Ukraynaya dəstəyi aramızda bölməliyik. Rusiyaya qarşı sanksiyalar neft-qazın qiymətinin artmasına səbəb olub. Bundan başqa, Almaniya iqtisadiyyatı ABŞ-dəki vəziyyət, Çində inflyasiya və faizlərin artması səbəbindən ciddi problemlərlə üzləşib", - nazir bildirib.