8 Yanvar 11:59
1 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin mülki müdafiə naziri Karl Oskar Bolin ölkəsində müharibə ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, nazir Rusiyanın ciddiyə alınmasının lazım olduğunu bildirib.

Bolin İsveçin 210 ildir müharibəyə getmədiyinə də diqqət çəkib:

“Avropada onsuz da korlanmış təhlükəsizlik durumu Rusiyanın Ukraynaya hücumu nəticəsində daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır. Təxminən 210 ildir sülh İsveç xalqına yaxşı bir yoldaş olub. Amma bu gün vəziyyət dəyişib, təhlükəsizlik durumu daha da pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına açıqlamalıyam”.

İsveç hökumətinin ölkənin müharibəyə girə biləcəyi ehtimalına qarşı müdafiəni gücləndirməyə çalışdığını söyləyən Bolin Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər