ABŞ Prezidentİ Co Baydenin qarşıdan gələn seçkilərdə qələbəsi Ukraynadakı vəziyyətdən asılıdır. Bu səbəbdən də Amerika lideri kreslosunu qorumaq üçün gözlənilməz vasitələrə əl ata bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern deyib.
"Hazırkı dönəm çox çətindir, bu il seçkilər keçiriləcək. Prezidentin qərarından qorxuram. Bizim heç vaxt etməməli olduğumuz şey alçaldılmış formada nüvə silahından geri çəkilmə və ya ondan istifadə arasında seçim etməkdir. Seçkilər Bayden üçün olduqca risklidir. Çünki uduzacağı təqdirdə o və oğlu həbs oluna bilər. Prezident postunu qorumaq Ağ Evin hazırkı rəhbəri üçün həyati vəzifə olacaq. İndi Ukraynada vəziyyət Vaşinqtonun istədiyindən çox uzaqda inkişaf edir. Hər şey Putinin onun nəfəsini nə vaxt kəsmək istəməsindən asılıdır", - analitik bildirib.