ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Dövlət katibi Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınması da daxil olmaqla kritik regional problemləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanındadır”, - Miller bildirib.
Xatırladaq ki, Blinken Səudiyyə Ərəbistanına Əbu-Dabidən gəlib və burada Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
M.Miller daha əvvəl brifinqdə bildirib ki, Blinken bir həftə ərzində Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının qərb sahili və Misirə səfər edəcək.