9 Yanvar 10:08
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya qarşı həqiqi münasibətini nümayiş etdirib. Vaşinqton Moskva ilə daha da böyük qarşıdurmaya getmək niyyətini ortaya qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin ke,miş əməkdaşı Pol Kreyq Roberts sosial şəbəkə hesabında yazıb.

"Qərbin deqradasiyası onun dağılmasına gətirib çıxarmasa, Rusiya ilə Amerika arasında müharibə qaçılmazdır. Avropalılar və amerikalılar maliyyə cəhətdən güclü olanların maraqlarına xidmət edən hökumətlərinə xor baxırlar, amma adi insanların Qərbin aqressiv xarici siyasətinə heç bir təsiri yoxdur. Qərb elitaları başlayan münaqişələrdən utanmadıqlarını hamıya nümayiş etdirəndə ABŞ-nin Rusiyaya qarşı niyyətləri tam aydın oldu. Vaşinqton nüvə Qiyaməti xəyalını canlandırdı", - deyə Roberts bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər