Regional kəşfiyyat mənbələri bildirir ki, İordaniya təyyarələri Suriya daxilində İranla əlaqəli narkotik qaçaqmalçılarının sığınacaqlarına bir həftə ərzində dörd zərbə endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İordaniya ordusu ötən ay Suriya ilə sərhədi boyunca silah və partlayıcı maddələrlə birlikdə irihəcmli yüklər daşıyan İrana bağlı qruplaşmalarla toqquşmadan sonra bölgədə narkotik alverçilərinə qarşı kampaniyanı gücləndirib. İordaniya qaçaqmalçılıqda artımın arxasında İranın dəstəklədiyi “Hizbullah” terror təşkilatı və Suriyanın cənubuna nəzarət edən digər belə qruplaşmaları ittiham edir.
Məlumatlı mənbələr İordaniyanın Suriyanın Sveyda əyalətinin Şaab və Arman şəhərlərində narkotik alverçilərini hədəfə alması barədə xəbərləri təsdiqləyib. İranın Malah kəndi yaxınlığında yerləşən narkotik şəbəkəsi də hədəfə alınıb.