Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində PKK terror təşkilatının lideri Abdullah Öcalanın fotoşəkillərinin istifadəsinə qoyulan qadağa Ali Məhkəmə tərəfindən təsdiqlənib.
Teleqraf.com xəbər verir ki, Ali Məhkəmə 2017-ci ilin noyabrında Düsseldorf Əyalət Məhkəməsinin qadağa qərarına etirazını rədd edib.
Öcalanın fotoşəkili ilə yanaşı, əyalətin paytaxtı Düsseldorf Əyalət Məhkəməsinin qərarı ilə terror təşkilatına aid döş nişanları və bayraqlar da qadağaya daxil edilib.
PKK Avropa Birliyinin (AB) terror təşkilatları siyahısındadır və Almaniyada fəaliyyəti qadağandır.