9 Yanvar 12:21
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ofisində kubalı inqilabçı Ernesto Çe Gevaranın portretini asdığına görə Slovakiya parlamenti sədrinin müavini Lubos Blaxaya qarşı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkə polisindən yerli mətbuata məlumat verilib.

İstintaq “əsas hüquq və azadlıqların boğulmasına yönəlmiş hərəkata rəğbət” ittihamı ilə aparılır.

Blaxa Teleqram kanalında bunu ironiya ilə “zarafat” adlandırıb.

Blaxa və Çe Gevaranın portreti ilə bağlı qalmaqal ötən ilin noyabrında yaranıb. Vitse-spikerin Slovakiya Prezidenti Zuzana Kaputovanın ofisindəki portretini Çe Gevaraya dəyişməsi müzakirələrə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər