Rusiyada tridemiya başlayıb. Hazırkı vəziyyətdə söhbət koronavirus, kəskin respirator virus infeksiyaları (KRVİ) və qripdən gedir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) və Smorodintsev adına Qrip Elmi-Tədqiqat İnstitutunun məlumatlarında bildirilib.
Mütəxəssislərin sözlərinə görə, eyni anda üç infeksiyaya yoluxmaq mümkündür, lakin bu, çox nadir hallarda olur, ardıcıl yoluxma ehtimalı daha yüksəkdir.