KXDR lideri Kim Çen In bildirib ki, Koreya Respublikası Pxenyanın nöqteyi-nəzərindən ən düşmən dövlətə çevrilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Kim Çen In bunu müdafiə sənayesi müəssisələrinə səfəri zamanı bildirib.
“Kim Çen In qeyd edib ki, indiKoreya Respublikasını KXDR üçün ən düşmən dövlət kimi səciyyələndirməyin vaxtı çatıb”, - xəbərdə vurğulanır.
Şimali Koreya liderinin sözlərinə görə, ölkə 80 ilə yaxındır ki, KXDR ilə “şər qarşıdurması” aparır. O qeyd edib ki, Pxenyan müdafiə və nüvə müharibəsindən çəkindirmə imkanlarının gücləndirilməsinə üstünlük verməlidir.
Yanvarın əvvəlində Şimali Koreya 2024-cü ildə Cənubi Koreya ilə müharibə riskini qiymətləndirib.