10 Yanvar 13:30
16 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və müttəfiqləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Ukraynada münaqişəyə son qoymaq” mövzusunda gizli toplantı keçiriblər. Görüşdə Türkiyə də iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

ABŞ agentliyi yazır ki, tərəflər toplantıda razılığa gələ bilməyiblər.

Dekabrın 16-da keçirilən toplantıya ABŞ, Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadan milli təhlükəsizlik rəsmiləri ilə yanaşı, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədən də nümayəndələr qatılıb.

Görüşə Rusiyanın dəvət olunmadığı, Çin, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin isə təklifi rədd etdikləri bidirilib.

Məlumata görə, tərəflərin razılaşdığı yeganə məqam Ukraynanın ərazi bütövlüyünün qorunması və hərbi yardımın davam etdirilməsi olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər