10 Yanvar 12:52
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Suriyanın Hums vilayətində (Palmira) Bəşər Əsəd rejiminin ordusuna məxsus konvoyu pusquya salıb.

Teleqraf.com xəbər verir ki, ağır silahlarla başlayan hücumda 9 suriyalı hərbçi ülüb, 20-yə yaxını yaralanıb.

İŞİD yanvarın 2-də də Deyr əz-Zor vilayətində Əsəd rejimi qüvvələri və İranın dəstəklədiyi terrorçuların yerləşdiyi mövqeyə hücum edərək çoxlu sayda döyüşçünü girov götürmüşdü.

Suriyadakı varlığını böyük ölçüdə itirən İŞİD hazırda Hums, Dəra, Süveyda və Deyr əz-Zor vilayətlərinin bir hissəsini əhatə edən Bədiyə kimi tanınan səhralıq bölgədə özünü saxlamağa çalışır.

Terror təşkilatı zaman-zaman Əsəd rejimi və İrana bağlı qüvvələrə hücum edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər