ABŞ və müttəfiqlərinin Ukrayna məsələsi ilə bağlı Səudiyyə Ərəbistanında gizli görüşü Kiyev rejiminə diqqət çəkmək cəhdidir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Diplomat bunu “Ukrayna Prezidenti Vladimir Zelenskinin piar cəhdi” adlandırıb.
Bundan əlavə, Zaxarova qeyd edib ki, bu, siyasi fəaliyyət illüziyası yaradır, diqqəti münaqişənin mümkün həllindən yayındırır.
ABŞ və müttəfiqləri yanvarın 9-da Ər-Riyadda məxfi görüş keçiriblər, toplantının gündəliyi Ukrayna münaqişəsinin həlli olub. Ölkələrin bir nəticə əldə etmədiyi və konkret qərarın verilmədiyi qeyd edilir.
Toplantıya ABŞ, Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa və Yaponiyadan milli təhlükəsizlik rəsmiləri ilə yanaşı, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyədən də nümayəndələr qatılıb. Görüşə Rusiyanın dəvət olunmadığı, Çin, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin isə təklifi rədd etdikləri bidirilib.