ABŞ dövlət katibi Entoni Blinken Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasa Ağ Evin Fələstin dövlətinin yaradılması istiqamətində addımları dəstəklədiyini bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.
Blinken Vaşinqtonun Fələstin dövlətinin İsraillə yanaşı dinc və təhlükəsiz şəraitdə yaşaması ilə bağlı əvvəlki mövqeyini bir daha təkrarlayıb.
Dövlət katibi həmçinin ABŞ-nin İsrail tərəfindən toplanan Fələstinə məxsus bütün vergi gəlirlərinin əvvəlki razılaşmalara uyğun şəkildə Fələstin administrasiyasına ötürülməsi ilə bağlı mövqeyini vurğulayıb.
Blinken Yaxın Şərq ölkələrinə səfəri çərçivəsində Abbasla da görüşmüşdü.