İki dövlətli həll İsrail üçün davamlı inam və sabitlik yaradacaq yeganə variantdır.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın deyib.
Onun sözlərinə görə, İsrailin Qəzzaya davam edən hücumları bu ölkənin sonunu gətirə bilər:
“Öz sərhədlərini aşan, başqalarının hüquqlarını pozan hər bir güc, aktor və siyasət öz sonunu hazırlayır.
Ədalət hər kəsin haqqını alması deməkdir. Biz inanırıq ki, iki dövlətli həll İsrail üçün davamlı inam və sabitlik yaradacaq yeganə variantdır.
Hücumların dayandırılması, daimi atəşkəsin təmin edilməsi, humanitar yardımların çatdırılması, əsirlərin mübadiləsi, iki dövlətli həll və Fələstin barışığı üçün gecə-gündüz çalışırıq”.