11 Yanvar 08:28
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyada yanvarın 1-dən davam edən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 213 nəfərə çatıb.

Ən son məlumata görə, 567 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, daha 195 nəfər isə itkin düşüb.

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar da qeydə alınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər