11 Yanvar 11:10
2 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə aparmaq üçün daha aydın planını görmək istəyir. Bu mövzu gələn həftə Davosda Prezident Vladimir Zelenski ilə müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bu mövzuda Zelenski ilə danışacaq. Amerika rəsmilərinin yaxın həftələrdə bu məqsədlə Kiyevə təzyiq edəcəkləri də vurğulanır.

“Vaşinqton rəsmiləri Zelenski ilə ordunun baş komandanı, general Valeri Zalujnı arasındakı fikir ayrılığının yeni strategiyanın hazırlanması səylərini ləngitməsindən narahatdırlar”, - nəşr yazır.

Hazırda Ukrayna ordusu 2024-cü il üçün plan hazırlayır, bütün variantlar nəzərdən keçirilir. Agentlik qeyd edir ki, ABŞ il ərzində Ukraynaya özünü müdafiə etmək üçün dəstəyini ən yaxşı şəkildə necə yönəldəcəyini müəyyən etmək istəyir.

Amerika rəsmiləri deyirlər ki, mövcud mövqeləri qorumaq və Rusiya ordusunun müdafiə xətlərini yarmaq üçün aydın hərbi strategiyanın hazırlanması həlledici əhəmiyyət kəsb edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər