11 Yanvar 17:04
5 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ukraynaya bağışlanmış minaaxtaran gəmini Qara dənizə buraxmayacağı barədə Britaniyanı xəbərdar edərək, Montrö Konvensiyasına ciddi əməl olunmasını təmin edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hurriyet" qəzeti Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən yazır.

"Montrö Konvensiyasının qaydalarına diqqətlə riayət olunur. Montrö Konvensiyası Qara dənizdə sabitliyin təminatıdır. Britaniyanın Ukraynaya satdığı mina axtaran gəmiləri müharibə bitənə qədər Qara dənizə girə bilməz. Bu vəziyyət daha əvvəl də Böyük Britaniyanın diqqətinə çatdırılıb", - nəşr bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər