Xerson vilayətinin sol sahilində yerləşən körpü (Krınık) müharibə boyu Ukrayna ordusunun Rusiya qüvvələri üçün qurduğu ən böyük tələlərdən birinə çevrilib.
Teleqraf.com xəbər verir ki, bunu alman analitik Yulian Repke deyib.
"Hazırda 300-ə yaxın ukraynalı hərbçi dağıdılmış Krınık kəndini saxlayır. Bu körpü sahəsi təxminən bir kvadratkilometrdir. Ruslar ora getdikcə daha çox zirehli texnikalar göndərir, amma Ukrayna Silahlı Qüvvələri sağ sahildən atəşə tutduqlarından tələyə düşürlər. Bu, müharibənin ən dəhşətli tələlərindən biridir.
Ukrayna ordusu Dnepr çayının cənub sahilində keçilməz müdafiə qalxanı yaradıb. Kamikadze dronları, Qərbin dəqiq artilleriyası və elektron avadanlıqların köməyilə təxminən üç aya yaxındır Rusiyanın bütün hücumlarının dəf edirlər. Son günlərdə burada 19 tank, 58 zirehli personal daşıyıcı, 35 yük maşını, 12 yayılım atəşi sistemi məhv edilib", - analitik bildirib.