ABŞ-nin “Fox News” telekanalı pop ulduzu Teylor Sviftin “Pentaqon layihəsi” olduğunu iddia edib.
Teleqraf.com xəbər verir ki, bu iddianı materialın müəllifi Cessi Uotters dilə gətirib.
“Təxminən dörd il əvvəl Pentaqonun psixoloji əməliyyatlar bölməsi Teylor Svifti gəlir mənbəyinə çevirmək qərarına gəlib”, - jurnalist deyib.
Aparıcı daha sonra 2019-cu ildə NATO-nun Kiber Müdafiə Mərkəzinin təşkil etdiyi konfransdan videogörüntünü təqdim edib. Konfransda çıxış edən məruzəçi Svifti “qlobal təsirə malik isimlərdən biri” adlandırıb.
Ardınca Uotters bildirib: “Bu realdır. Pentaqonun psixoloji əməliyyatlar bölməsi NATO-ya dezinformasiya ilə mübarizə üçün Teylor Sviftdən istifadə etməyi təklif edir”.
“Fox News”un yayımından sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayıb. Nazirliyin sözçüsü Sabrina Sinq bu iddiaya istehzalı tonda cavab verib.
Sinq Sviftin “Shake it off” mahnısına istinad edərək, kanalı yola verdiklərini deyib. O, istehzalı tonunu davam etdirərək, bu məqsədlə Pentaqonun əlavə büdcə üçün Konqresdən təsdiq gözlədiyini bildirib. Sinq bunun üçün Konqresin qulağına Sviftin “I Wish You Would” mahnısını (“Kaş etsəydin, təsdiqləsəydin”) pıçıldadıqlarını da istehzalı sözlərinə əlavə edib.