11 Yanvar 18:48
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Xarici İşlər Nazirliyi Danimarkanın Tiflisdəki səfiri Anna Toft Sorenseni ölkəsinin “Jyllands-Posten” nəşrindəki məqaləsinə görə çağıraraq nota verib.

Teleqraf.com xəbər verir ki, diplomat məqaləsində Gürcüstanın sabiq baş naziri, hakim “Gürcü Arzusu” Partiyasının qurucusu Bidzina İvanişvilini “oliqarx” adlandırıb.

Gürcüstanın Avropa perspektivləri ilə bağlı məqaləsində Sorensen yazıb ki, “Gürcü Arzusu”nu 1990-cı illərdə Rusiyada sərvət qazanmış oliqarx Bidzina İvanişvili qurub.

Diplomat həmçinin qeyd edib ki, Gürcüstan Ukrayna və Avropa Birliyi tərəfindən Rusiya ilə dostluq siyasətinə görə tənqid olunub.

Gürcüstanın hakim partiyası Danimarka səfirinin iddialarını tənqid edib. Tiflis meri və partiyanın baş katibi Kaxa Kaladze Sorensenin sözlərini “çirkli” adlandırıb.

Bidzina İvanişvili dekabrın sonunda siyasətə qayıtdığını açıqlayıb. Qayıdışından sonra “Gürcü Arzusu”nun Siyasi Şurasının sədri seçilən İvanişviliyə partiyanın adından baş nazirliyə namizədləri müəyyən etmək səlahiyyəti verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər