12 Yanvar 00:12
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi hesabat yayaraq bildirib ki, 2023-cü ildə 10 mini iranlı olmaqla 350 mindən çox insan Almaniyadan sığınacaq almaq üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Almaniyadan ən çox sığınacaq istəyənlər Yaxın Şərq və Afrika ölkələrinin vətəndaşları olub. İran isə sığınacaq istəyənlər siyahısında ilk 10 ölkə arasında yer alıb.

Qeyd olunub ki, iranlıların Almaniyada sığınacaq axtarmalarına əsas səbəb ölkədəki siyasi-iqtisadi problemlər, qanunsuz həbs və sürgünlər, internetə qoyulan məhdudiyyətlər və universitetlərdən çox sayda professor, müəllim və tələbənin qovulması olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər